Hərbi Prokurorun köməkçisinin oğlu tələbə adını qazanıb.
Manset.az xəbər verir ki, Bakı Dövlət Universitetinə (BDU) qəbul olunanlar arasında Murad Əliyev də yer alıb. Murad Əliyev Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Baş ədliyyə müşaviri Firad Əliyevin oğludur.
Məlumat üçün qeyd edək ki, Firad Əliyevin özü də Bakı Dövlət Universitetinin məzunudur. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək, universitet rəhbərliyi tərəfindən "Hüquq fakültəsinin ən nümunəvi məzunu" adına layiq görülüb.
Qeyd edək ki, Firad Əliyevin qızı Fatimə də Bakı Dövlət Universitetinin tələbəsidir.