logo
logo logo
logo

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

23:31 - 26 Avqust 2026

Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu

"Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva daha bir iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. 


Manset.az Unikal-a istinadən xəbər verir ki, bu barədə "Medleks" Vəkil bürosunun vəkili Əli Kərimli məlumat verib. 

Vəkilin sözlərinə görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. 

Vəkil bildirib ki, Könül Həmzəyeva nümayəndəsi olduğu şəxs Masiyev Röyal Ələddin oğlu barəsində kütləvi informasiya vasitəsində həqiqəti əks etdirməyən məlumat yazdığına görə, Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə böhtan atma), 148-ci (təhqir) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bundan başqa, Könül Həmzəyeva ilə bağlı tanınmış influenserlər də şikayətçidirlər. Belə ki, Könül Həmzəyeva tanınmış - Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.

İstintaq Xətai RPİ-də davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az