2026–2027-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, eləcə də orta ixtisas və peşə təhsili müəssisələrinə əyani və ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil tələbə kreditindən yararlana bilərlər.
Manset.az xəbər verir ki, Təhsil tələbə kreditindən yararlanmaq istəyənlər bunun üçün əvvəlcə razılıq ərizəsi əldə etməli, daha sonra e-ttkf.edu.az portalında qeydiyyatdan keçərək müraciətlərini tamamlamalıdırlar.
Razılıq ərizəsini notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil Notariat” və ya “mygov” tətbiqindən əldə etmək mümkündür.
Heç bir maddi çətinlik təhsil yolunuzun yarımçıq qalmasına səbəb olmamalıdır. Təhsil tələbə krediti sizə təhsilinizi davam etdirmək, bilik və bacarıqlarınızı inkişaf etdirmək və gələcəyiniz üçün yeni imkanlar qazanmaqda dəstək ola bilər. Bu imkandan yararlanaraq hədəflərinizə doğru inamla addımlayın.
Təhsil tələbə krediti üçün müraciət e-ttkf.edu.az portalı üzərindən həyata keçirilir.
Əlavə məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
Ünvan: Səməd Vurğun küçəsi 34, AF Mall, 18-ci mərtəbə
Çağrı mərkəzi: 146-5, (012) 599 12 02
WhatsApp: 077 317 88 52, 077 317 88 53.