Daşkəsən rayonunun Xoşbulaq kəndinə güclü yağış yağıb və dolu düşüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yağıntı təxminən 7-8 dəqiqə davam edib.
Dolunun infrastruktura hər hansı ciddi ziyan vurmadığı bildirilir.
Qeyd edək ki, hazırda Gəncə və ətraf bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.