logo
logo logo
logo

“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO

19:44 - 13 Oktyabr 2026

“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO

“Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır”.


Manset.az Real TV-yə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.

“Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik. Amma vətəndaş kimi danışa bilərik. Hələ bundan əvvəlki dövrlərdə hicab məsələsi ortaya gətirilib, mən hicabın müzakirə mövzusu olmadığını bəyan etmişəm. Bu gün də onu deyirəm, təkrar edirəm. 

Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun necə, nə cür, hansı yaşda müsəlmanlar tərəfindən istifadə edilməsini alimlər bilirlər. Məktəbli formaları ilə bağlı qaydalarda hicab yazılmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb. Azərbaycanda hicabın qadağan olunmasını mən heç yerdə görmürəm. Mədrəsələr, dini tədris ocaqları var, öz gördüyümü deyirəm. İnsanlar, uşaqlar da hicablı şəkildə gəlib tədris alırlar. Amma dövlət məktəblərində bu qərar qəbul edilib. 

Çox heyifsilənirəm ki, bu məsələnin qəbul olunmasında, əlbəttə, əvvəlcədən məsləhətləşmə ola bilərdi, amma olmayıb. Ola bilər ki, bəziləri düzgün başa düşmürlər və ya düşmək istəmirlər. Bundan istifadə edərək bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda islama, müsəlmanlara əziyyət verildiyi, sıxışdırıldığı ilə bağlı fikirlər yaymağa çalışırlar. Bunu siyasiləşdirirlər, bu məni narahat edir. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Ona görə qəbuledilməzdir ki, insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından, qanlarından keçiblər.

Bir çox dövlətlərdə oluram, dünya müsəlmanlarının Ağsaqqallar Şurasının üzvüyəm. Əbəs yerə ora seçilməmişik. Azərbaycan yaratdığı şərait imkan yaradır ki, bizi orada örnək kimi görürlər, - deyə Şeyx qeyd edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az