Unibank KB 2026-cı ilin üçüncü rübünün maliyyə göstəricilərini açıqlayıb.
Manset.az xəbər verir ki, bank əsas maliyyə göstəriciləri
üzrə müsbət nəticələr əldə edib.
Hesabat dövründə bankın məcmu
gəlirlərinin cəmi 333 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 56 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 53
milyon manatdan çox, xalis mənfəət isə ötən ilin eyni dövrü ilə müqayisədə 73 %
artaraq, 26,6 milyon manat təşkil edib.
Bankın kapital və aktiv
bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital
19 % artaraq, 266 milyon manata çatıb. Aktivlərin həcmi isə 465 milyon manat
çoxalaraq, 2,4 milyard manata yaxınlaşıb.
Hesabat dövründə bankın kapital adekvatlılığı əmsalı 14,57 % təşkil edib.
Unibank KB
ASC-nin İdarə Heyətinin sədri Valentin Morozov bildirib ki, 2026-cı ilin
üçüncü rübü bank üçün sabit inkişaf, əməliyyat effektivliyinin artırılması və
əsas biznes istiqamətlərinin gücləndirilməsi ilə yadda qalıb: “2026-cı ilin üçüncüi
rübü Unibank üçün yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. Əvvəlki
rüblərdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes göstəricilərində
inkişafı davam etdirdik. Yeni
strategiyamızın icrası planlaşdırılan istiqamətdə davam edir. Rəqəmsal kanallarımızın
genişləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və müştəri
təcrübəsinin keyfiyyətinin artırılması bu dövrdə də fəaliyyətimizin mərkəzində
oldu. İlin son rübündə qarşımıza qoyduğumuz hədəflərə nail olmaq,
müştərilərimiz və tərəfdaşlarımız üçün yaratdığımız dəyəri daha da artırmağı
hədəfləyirik”.
Bankın ümumi kredit
portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım 273
milyon manat təşkil edib və kredit portfeli üçüncü rübün sonuna 1,5 milyard
manatı ötüb. Ümumi kredit portfelinin həcmində ayrıca olaraq biznes kreditləri
44 % artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin
həcmi ümumi portfeldə 48 %-ə yaxınlaşaraq, 733 milyon manata çatıb. Biznes
portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin payında da ciddi artım olub.
2025-ci ilin 3-cü rübü ilə müqayisədə bu il mikro kreditlərin biznes portfeldəki
payında 49 %-lik artım qeydə alınıb.
Dövr ərzində depozit
portfeli də sabit artım nümayiş etdirib. Ümumi depozit portfelinin həcmi 17 % çoxalaraq, üçüncü rübün sonuna 1,4 milyard
manatı ötüb.
Hesabat dövründə nağdsız əməliyyatların
həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə
müqayisədə nağdsız əməliyyatların həcmi 12%, sayı isə 28 % artıb. Bu ilin əvvəlindən
30 sentyabr tarixinədək nağdsız əməliyyatların həcmi 12,2 milyard manatı, sayı
isə 432 milyonu ötüb.
Bankın müştəri bazası ötən
ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,4 milyon
nəfəri ötüb. 2025-cı ilin üçüncü rübü ilə müqayisədə sahibkar müştərilərin sayı
36 %, hüquqi şəxslərin sayı isə 12 % artıb.
Unibank – Sənin Bankın!