logo
logo logo
logo

Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfirini qəbul etdi - FOTOLAR

16:13 - 20 Oktyabr 2026

Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.


Manset.az xəbər verir ki, görüş zamanı Ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil insan hüquqları sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bu istiqamətdə beynəlxalq təşkilatlarla, xarici ölkələrin, o cümlədən Almaniyanın milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr və əldə olunan müsbət təcrübələr barədə qonağı maraqlandıran suallar cavablandırılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az