Sosial şəbəkədə qazlı içki şüşəsində xəstəyə sistem qoşulması ilə bağlı görüntü yayılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, fotonun 1 saylı Kliniki Tibbi Mərkəzdə çəkildiyi iddia olunur.
“Qafqazinfo” məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb. Tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılıb və təsdiqini tapmayıb.
