Azərbaycanda yeni göl yarandı - VİDEO

21:38 - 03 İyun 2022

Azərbaycanda yeni göl yarandı - VİDEO

Zaqatalada dağlıq ərazidə yeni təbii göl yaranıb.

Manşet.az bildirir ki, bu barədə Lent.az-a Zaqatala sakini Məhərrəm Heydərov məlumat verib.

Onun sözlərinə görə, göl Zaqatalanın Mişleş kəndi yaxınlığında, Qaraqaya ərazisində, Çayarxac dərəsində əmələ gəlib.

Gölün yaranmasına bir ay əvvəl rayona yağan aramsız yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində sürüşmə olub və sıldırım qaya uçaraq dərəni bağlayıb. Nəticədə göl əmələ gəlib.

M. Heydərov həmçinin bildirib ki, gölün daşması kimi hə ya başqa hər hansı bir təhlükə yoxdur.

Yeni əmələ gələn gölün görüntülərini təqdim edirik: 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az