Sentyabrın 5-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.
Manset.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.