Əməkdar incəsənət xadimi vəfat edib - FOTO

21:32 - 03 Sentyabr 2022

Əməkdar incəsənət xadimi vəfat edib - FOTO

Azərbaycanca və rusca dəyərli şeir kitablarının müəllifi, klassik, müasir ədəbiyyatımızın rus dilinə çevrilməsində və təbliqində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib.

Manset.az xəbər verir ki, bu barədə deputat Sabir Rüstəmxanlı paylaşım edib.

Qeyd edək ki, Səyavuş Məmmədzadə 2 oktyabr 1935-ci ildə anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap edilib.

2003-cü ildə "Əməkdar incəsənət xadimi" adına layiq görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az