Novxanıda dəniz sahilinə tullantıların atılmasının qarşısı alındı

11:10 - 06 Sentyabr 2022

Novxanıda dəniz sahilinə tullantıların atılmasının qarşısı alındı

Binəqədi rayonu, Novxanı qəsəbəsinin dəniz sahilinə tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Xidmət rəsmisi Vaqif Cavadov Manset.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə təbii qrunt sularından ibarət axarda məişət tullantılarının qalaqlandığı və nəticədə suyun çirkləndiyi müəyyən edilib.

“Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən axar tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Bələdiyyəyə tapşırıq verilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az