Peyvənd olunanların sayı açıqlandı

18:08 - 06 Sentyabr 2022

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1 544 nəfər vaksinasiya olunub.

Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 375, ikinci doza vaksinlərin sayı 231 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 803-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 135 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 866 887 olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az