Bu gün DİM TOEFL iBT imtahanı keçirəcək

08:15 - 07 Sentyabr 2022

Bu gün DİM TOEFL iBT imtahanı keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçiriləcək.

Manset.az  xəbər verir ki, ETS-in (“Educational Testing Service” – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 7 sentyabr 2022-ci ildə Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az