Bakı-Qazax yolunda naməlum kişi meyiti TAPILDI - FOTO

09:36 - 07 Sentyabr 2022

Bakı-Qazax yolunda naməlum kişi meyiti TAPILDI - FOTO

Hacıqabulda şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, Bakı-Qazax avtomagistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlarında şəxsiyyəti müəyyən olunmayan kişi meyiti tapılıb.

Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 174 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin əynində ağ qısaqol köynək, göy rəngli cins şalvar və qara kəmər olub.

Şəkildə gördüyünüz səxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Hacıqabul Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az