AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçildi

17:48 - 07 Sentyabr 2022

AHİK sədri Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçildi

Sentyabrın 7-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) 9-cu Qurultayı keçirilib.

 

Manset.az xəbər verir ki, qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ÜHİK-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, ÜHİK MDB ölkələrinin 10 milli həmkarlar ittifaqı mərkəzini və 23 beynəlxalq həmkarlar ittifaqı birliyini öz ətrafında birləşdirir. AHİK 2004-cü ildən bu təşkilatın üzvüdür.

Qurultay haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az