Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlayn sammiti keçiriləcək.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə pezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Ermənistan tərəfinin xahişi ilə bu gün, təxminən, saat 18:30-da, indi vaxt razılaşdırılır, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans formatında iclası keçiriləcək”.
Uşakov qeyd edib ki, Ermənistanın müraciəti “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədardır”. Müzakirə bağlı qapılar arxasında keçiriləcək.
Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.O, saat 18.30 radələrində KTMT-nin onlayn sammiti keçiriləcəyinin gözlənildiyini və vaxtın razılaşdırıldığını söyləyib.