Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanlar arasında Bakı Dövlət Universitetinin (BDU) məzunu Hüseynov Erkin Әdalәt oğlu da var.
Manset.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Belə ki, Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirib. O, 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb.