Paytaxt yollarında hərəkətin təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirildi - FOTOLAR

13:45 - 20 Sentyabr 2022

Paytaxt yollarında hərəkətin təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirildi - FOTOLAR

 Paytaxtda dayanma-durma və parklanma, piyada təhlükəsizliyi ilə bağlı profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. 

 

Manset.az xəbər verir ki, Binəqədi, Xətai, Nizami rayon polis idarələrinin və yol polis şöbələrinin əməkdaşları tərəfindən qaydalara əməl etməyən sürücülərə qarşı, eyni zamanda, yeraltı-yerüstü piyada keçidlərindən istifadə etməyən piyadalarla bağlı təbliğat xarakterli profilaktik işlər aparılır. 

Tədbirlər çərçivəsində yollarda dayanma-durma və parklanma qaydalarına əməl edilməsi, nəqliyyat vasitəsini ikinci cərgədə, səkilərdə, piyada keçidlərində və digər qadağan olunan yerlərdə park edilməsinin qarşısı alınıb.

Qaydalara əməl etməyən hərəkət iştirakçılarının nəzərlərinə çatdırılıb ki, hər bir qayda pozuntusu digər şəxslərin təhlükəsiz, rahat və fasiləsiz hərəkətinə mane olmaqla ləngimələrə — sıxlıq və tıxaclara səbəb olur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az