Şəkidə polis əməkdaşları şəhidlərimizin əziz xatirəsini yad etdilər - FOTOLAR

16:18 - 27 Sentyabr 2022

Şəkidə polis əməkdaşları şəhidlərimizin əziz xatirəsini yad etdilər - FOTOLAR

   Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının şəhidləri - Elçin Nadirov, Ruslan Sadıqov və Sənan Ələsgərzadənin məzarlarını ziyarət ediblər.
 

 Manset.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, məzarları önünə əklil qoyulub və ruhlarına dualar oxunub. Qəhrəmanlarımızın yaxınları ilə həmsöhbət olan polis əməkdaşları onların qayğıları ilə maraqlanıb, mərd oğullarımızın Vətən müharibəsindəki şərəfli döyüş yolundan danışıblar. Şəhidlərimizin şücaətinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az