Tanınmış yazıçı-dramaturq Elnurə Abdullayevaya ağır itki üz verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, E. Abdullayevanın qardaşı Xəqani Nəcəfov Rusiyada gənc yaşında qəfil vəfat edib. Onun ürək tutmasından vəfat etdiyi bildirilib. Mərhum Bərdə rayonunda dəfn ediləcək.
Qeyd edək ki, Elnurə Abdullayeva həmdə ARB telekanalında yayımlanan və Xoşqədəm Hidayətqızının müəllifi olduğu məşhur "Səni axtarıram" proqramında daimi qonaq qismində iştirak edir.
Manşet.az