“Gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər” - VİDEO

23:26 - 19 Oktyabr 2022

“Gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər” - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunda da olublar.

 

Manset.az xəbər verir ki, Ağalı kəndinin sakinləri ilə görüşən Prezidentlə xanımı yeni məktəb binasında şagirdlərlə fotolar çəkdirib, onlarla səmimi söhbət ediblər. 

"Siz azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu, yəqin ki Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq insanı çəkir", - deyə dövlət başçısı bildirib.  

"Siz də yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər. Buna görə siz gərək bilikli, savadlı olasınız", - deyə Prezident şagirdlərlə söhbətində qeyd edib. 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az