İran mediası şeyxi hədəf aldı - “Şeytana biət edir”

15:33 - 01 Noyabr 2022

İran mediası şeyxi hədəf aldı - “Şeytana biət edir”

Allahşükür Paşazadə İranla bağlı verdiyi müsahibədən sonra SEPAH-a bağlı sosial media kanallarının hədəfinə çevrilib. İran mediası onu "sionistlərə qulluqda" ittiham edib. Qaralama kampaniyasına Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" qruplaşmasının sosial media kanalları da qoşulub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bir neçə gün bundan öncəyə kimi Qafqaz Müsılmanları İdarəsinin sədrinə qarşı ehtiyatlı davranan adıçəkilən qruplaşmanın üzvləri indi şeyxin "Şeytana biyət etdiyini" yazır, onu casus adlandırırlar.

Xatırladaq ki, Allahşükür Paşazadə "Real TV"-yə verdiyi son müsahibəsində İranın Azərbaycana xəyanət etdiyini demişdi:

“Mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı”, - deyə Şeyx müsahibəsində İran hökumətini nəzərdə tutaraq bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az