“Qızımın 1 yaşını Şuşada qeyd etdik” - Şuşa polisi (VİDEO)

23:23 - 10 Noyabr 2022

“Qızımın 1 yaşını Şuşada qeyd etdik” - Şuşa polisi (VİDEO)

Baku TV-nin əməkdaşı Şuşa şəhərində polis kimi xidmət göstərən Cəlal Kərimovun qonağı olub.

 

Manset.az xəbər verir ki, o, Şuşada anası, həyat yoldaşı və qızı ilə birlikdə yaşayır.

“Ailəmi 10 gündür gətirmişəm. Özüm əvvəldən burada idim. Şərait qurandan sonra ailəmi də Şuşaya gətirmək qərarına gəldim”, - deyə C.Kazımov qeyd edib.

Şuşada doğulan polis leytenantının sözlərinə görə, əvvəllər Bakıda mühafizə polisində çalışıb, daha sonra isə könüllü olaraq Şuşa polisində xidmətə başlayıb.

Onların hazırda yaşadığı evdə 30 il ərzində yaşayış olmayıb. 

Ailənin balaca üzvü Nilayın bir yaşı da elə burada qeyd edilib.

Şuşada yaşamaqdan qürur duyduğunu deyən ailə günlərinin necə keçməsindən də bəhs edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az