ASAPES tələbələrinə seminarlar keçirildi - VİDEO

12:07 - 30 Noyabr 2022

ASAPES tələbələrinə seminarlar keçirildi - VİDEO

Avstriyanın “ComplexCore” təşkilatının icraçı direktoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru Roman Yahoda tərəfindən Akademiyanın bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan 3-cü tədris ilinin tələbələri üçün noyabrın 29-da təhsil proqramına uyğun seçilmiş “Müayinə və müdaxilə” mövzusunda seminar keçirilib.

 

Manset.az xəbər verir ki, bundan başqa, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü tədris ilinin tələbələri üçün Türkiyənin Şərqi Aralıq Dənizi Universitetinin Səhiyyə elmləri fakültəsinin professorları, doktor Berkiye Kırmızıgil və doktor Cefri Çoça tərəfindən “Friksion masaj” mövzusunda seminar aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az