Toğanalı-Kəlbəcər yolunda hərəkət dayandı

23:35 - 05 Dekabr 2022

Toğanalı-Kəlbəcər yolunda hərəkət dayandı

Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

 

Manset.az xəbər verir ki, yolun bağlanmasına səbəb ötən gündən yağan qarın buz bağlaması nəticəsində MAN markalı yük avtomobilinin sürüşməsi olub. Yük maşının yolun mərkəzi hissəsində hərəkətsiz qalması hərəkəti dayandırıb.

Hazırda müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. Hərəkətin bərpa olunması istiqamətində işlər aparılır. Qeyd edək ki sözügedən yol artıq buz bağlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az