"Soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub" - Umayra Tağıyeva

19:06 - 07 Yanvar 2023

\"Soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub\" - Umayra Tağıyeva

Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub. Bu gün, yanvarın 7-si saat 16:00-a olan məlumata görə, artıq respublikanın dağlıq və dağətəyi rayonlarında qar yağıb.

 

Manset.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur:

"Respublikanın bəzi ərazilərində şimal-şərq küləyi güclənib. Belə ki, Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az