logo
logo logo
logo

Trampdan “Məkkə Birgə Müdafiə Sazişi”nə DƏSTƏK

11:49 - 17 Avqust 2026

Trampdan “Məkkə Birgə Müdafiə Sazişi”nə DƏSTƏK

ABŞ Prezidenti Donald Tramp “Məkkə Birgə Müdafiə Sazişi” ilə bağlı açıqlamasında Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın rəhbərliyini təbrik edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında paylaşım edərək Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yaxın vaxtlarda “Məkkə Birgə Müdafiə Sazişi”ni imzalamasından böyük məmnunluq duyduğunu bildirib.

ABŞ Prezidenti paylaşımında belə deyib:

“Yaxın zamanda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nəhayət Məkkə Birgə Müdafiə Sazişini imzalamalarından böyük məmnunluq duyuram. Bu, Yaxın Şərqin necə bir araya gəldiyini və ölkələrin nəhayət özlərini daha mənalı və səmərəli şəkildə müdafiə edə biləcəklərini göstərir. Sözügedən üç ölkənin böyük liderliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və mühüm ilk addımdır”. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az