Hayden Panettiere ABŞ-də “Heroes” və “Nashville” seriallarındakı rolları ilə tanınan aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Panettierenin atası Skip Panettiere qızının ölüm xəbərini açıqlama ilə ictimaiyyətə çatdırıb. Aktrisanın ölüm səbəbi barədə məlumat verilməyib.
1989-cu ildə ABŞ-də anadan olan Panettiere karyerasına uşaq aktrisa kimi başlayıb, reklam çarxlarında və televiziya seriallarında rol alıb.
Aktrisa “Heroes” serialında canlandırdığı obrazdan sonra 2006-cı ildə dünya şöhrəti qazanıb. Daha sonra “Nashville” serialındakı çıxışı ilə iki dəfə “Qızıl Qlobus” mükafatına ikinci planda ən yaxşı qadın aktrisa nominasiyası üzrə namizəd göstərilib.
Panettiere daha əvvəl alkoqol asılılığı və depressiya ilə mübarizəsi barədə ictimaiyyətə danışıb. O, uzun illər depressiya, təşviş pozuntusu və maddə asılılığı ilə mübarizə apardığını bildirib.
Hayden Panettiere “Nashville” serialının çəkilişləri davam etdiyi 2015-ci ildə müalicə müəssisəsinə müraciət edib.