Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin vəziyyəti AÇIQLANDI

12:22 - 31 Yanvar 2023

Bakıda partlayışda xəsarət alan əcnəbi tələbələrin vəziyyəti AÇIQLANDI

Sabunçu qəsəbəsində yerləşən evdə baş verən partlayış nəticəsində xəsarət alan Pakistan (iki) və Hindistan vətəndaşları (iki) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar.

 

TƏBİB-dən Manset.az-a bildirilib ki, hadisə zamanı bədən xəsarəti alan 4 nəfərin vəziyyəti orta ağırdır.

Qeyd olunub ki, yaralılar üz, boyun, əl və ayaqlarında ikinci və üçüncü dərəcəli termiki yanıq diaqnozu ilə Mərkəzin Reanimasiya şöbəsində müalicə alırlar.

Xatırladaq ki, xəsarət alanların Odlar Yurdu Universitetinin tələbələri olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az