Naxçıvan küçələrində zibil qutuları qəhətə çıxıb - VİDEO

19:16 - 15 Fevral 2023

Naxçıvan küçələrində zibil qutuları qəhətə çıxıb - VİDEO

Naxçıvan şəhərinin sakinləri Heydər Əliyev prospektində tullantı qutularının azlığından şikayətçidirlər.

 

Manset.az xəbər verir ki, BAKU.TV-nin Naxçıvan Muxtar Respublikasındakı müxbirinin məlumatına görə, ərazidə zibil qutuları yalnız avtobus dayanacaqlarının yaxınlığında və ya vətəndaşlar tərəfindən öz mağazalarının qarşısında yerləşdirilib.

Sakinlərin sözlərinə görə, şəhərdə tullantı qabı tapmadıqları üçün ya zibilləri özləri ilə evə aparırlar, ya da məcburiyyətdən yerə atmalı olurlar.

Sanitar Təmizlik İdarəsinin rəisi İlham Rüstəmli problemlə bağlı bildirib ki, təxminən 250-300 zibil qutusu artıq sifariş olunub.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İqbal Allahverdiyev isə yaxında tullantı qablarının prospektdə və digər yerlərdə qoyulacağını qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az