Gürcüstan-Azərbaycan sərhədini pozmağa çalışan 5 nəfər saxlanıldı

13:13 - 16 Fevral 2023

Gürcüstan-Azərbaycan sərhədini pozmağa çalışan 5 nəfər saxlanıldı

Azərbaycandan qanunsuz yollarla Gürcüstana keçməyə cəhd edən 5 Pakistan vətəndaşı saxlanılıb.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, qurumun əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat nəticəsində Gürcüstan-Azərbaycan dövlət sərhədini Laqodexi istiqamətində pozmağa çalışan 1989, 2001, 1979, 1991 və 1971-ci il təvəllüdlü 5 Pakistan vətəndaşı saxlanılıb.

Onlara qarşı Gürcüstanın dövlət sərhədini qrup şəklində pozma maddəsi üzrə cinayət işi açılıb. İş üzrə 5 ilədək həbs cəzası nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az