Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin meyitinin “Iveco” markalı sərnişin avtobusunun altından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Manset.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
İlkin məlumata görə, hadisə Səbail rayon 20-ci Sahə adlanan ərazidə baş verib. Sürücü Abuzər Ayvazov idarə etdiyi “Bakubus” MMC-yə məxsus 99 JK 440 dövlət qeydiyyat nişanlı avtobusla kişini vurub. Avtobusun təkəri altında qalan piyada hadisə yerində ölüb.