Bakıda qəsəbələrə su nə üçün qrafiklə veriləcək? - RƏSMİ (VİDEO)

10:25 - 22 Fevral 2023

Bakıda qəsəbələrə su nə üçün qrafiklə veriləcək? - RƏSMİ (VİDEO)

"Bu ilin payız və qış mövsümündə yağıntıların miqdarı ötən illə müqayisədə təxminən iki dəfə az düşüb. Ceyranbatan hövzəsində su ehtiyatları kifayət qədər olsa da, Taxtakörpüdə daha çox azalıb".

 

Manset.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlmayaq" verilişində qonaq olan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

O əlavə edib ki, 2020-ci ildə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı su komissyası yaradılıb: "Bütün adiyyəti qurumlar və baş nazirinin müavinin rəhbərliyi ilə komissiyanın son səfəri şimal bölgəsinə olub. Məlum oldu ki, Samur çayında sululuq iki dəfə azalıb. Taxtakörpü su anbarında isə ötən illə müqayisədə 3,5 dəfə az su var. Buna görə, komissiya qərar verib ki, mənbələrdən götürülən suyun həcmi azaldılsın".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az