Rusiyanın Ermənistana QİSAS HAZIRLIĞI - Zəngəzurda QAN SU YERİNƏ AXACAQ

10:07 - 23 Fevral 2023

Rusiyanın Ermənistana QİSAS HAZIRLIĞI - Zəngəzurda QAN SU YERİNƏ AXACAQ

Avropa İttifaqı, xüsusi ilə də başda Fransa olmaqla Ermənistanı növbəti “Dəmir Yumruq"la üz-üzə qalmağa sürükləyir. Bunu son iki-üç gündə regionda baş verən proseslər də təsdiqləyir. 

 

Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistana mülki missiya göndərdi. Özü də Bakının mövqeyi və razılığı nəzərə alınmadan. Rəsmi açıqlamada qeyd olunur ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.

Reallıq isə fərqlidir

Açıq-aşkar görünür ki, bu missiya hərbiləşir. Hərbçilər misiyanın böyük hissəsini təşkil edəcək. Bu isə deməyə əsas verir ki, regionda vəziyyət mürəkkəbləşir. Müxtəlif ölkələrin maraqları artıq açıq şəkildə toqquşmağa doğru gedir ki, bundan sonra regionda eskalasiya riskinin 44 günlük müharibədən sonra heç vaxt olmadığı qədər artacağı ehtimalları çoxalır.

Adı "mülki" olub 100 nəfərlik heyyətin yarısından çoxunun silahlı olduğu bu dəstənin fəaliyyətinin elə ilk saatlarındaca Azərbaycan-Ermənistan sərghəddində və Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında mövqelərimiz istiqamətində törədilən hərbi təxribatlar, silahlı insidentlər də təsdiq etdi ki, Qərbin məqsədi heç də bölgədə sülh-əminamanlıq yaratmaq deyil və baş verəcək eskalasiya riskini önləmək adına missiya olduqca zəif, çarəsiz və gücsüzdür.

Ötən ilin oktyabrında Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhəddinə iki aylıq analoji missiya göndərmişdi. İki aylıq fəaliyyətin məntiqi nəticəsi olaraq bu missiyanın sülhyaratma və sərhədlərin delimitasiya prosesinə hər hansı töhfə vermədiyi, bu istiqamətdə heç bir rolu olmadığı hələ o zaman ortaya çıxdı.

Hazırda tamamilə Fransanın təsiri altında olan Avropa İttifaqı Şurasının son qərarı əminliklə söyləməyə əsas verir ki, əslində bu missiyanın regionda gəitirilməsində məqsəd gələcəkdə bu ərazilərdə daimi yerləşməni təmin etmək və buna zəmin yaratmağa hesablanıb.

Təbii ki, hadisələrin bu cür inkişafından ən çox Moskva narahatdır. Rusiyanın Avropa İttifaqının Ermənistana missiya göndərməsindən bu aşırı narahatlığını XİN sözçüsü Mariya Zaxarovanın da son açıqlamasından aydız sezmək mümkündür. O, son bəyanatlarının birində aydın şəkildə bəyan etdi ki, bu, Aİ missiyasının Ermənistana gətirilməsi Rusiyanın bölgədən çıxarılması istəyindən başqa bir şey deyil. Gün kimi aydındır ki, Avropa İttifaqının missiyası mülki xarakter daşımır. Hər kəsin əlində artıq məlumatlar var ki, Fransa jandarması, Almaniya polisi artıq gəlib birbaşa sərhədlərdə yerləşiblər. Şübhəsiz ki, onların sırasında xarici kəşfiyyat orqanlarının xeyli nümayəndələri də var.

Belə olan təqdirdə hansı "mülki" missiyanın fəaliyyətindən söhbət gedə bilər?

Aİ-nin özbaşına qərarına əsasən artıq 3 gündür ki, "mülki" missiya Ermənistanla sərhəddimizə yerləşdirilib və patrul xidmətini icra etməyə başlayıb. 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının hələ də həyata keçirilmədiyini nəzərə alsaq., belə olduğu təqdirdə Avropa İttifaqı necə müəyyən etmiş oldu ki, patrul xidməti həyata keçirdikləri ərazi Azərbaycana, yoxsa məhz Ermənistana məxsusdur?

Bu ritorik sualdan da aydın olur ki, Fransanın sədrlik etdiyi və böyük mənada təsiri altına alaraq şəxsi mülkinə çevirmək istiqamətində fəaliyyətini aktivləşdirdiyi Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi azmış kimi, ona təhdid yaratmaq cəhdindən də əl çəkmir.

Bakının razlılığı alınmadan, mövqeyi öyrənilmədən onsuz da Aİ-nin Ermənistana 2 illik müşahidə missiyası göndərməsi beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaq, İttifaqın vasitəçilik instituna zərbə vurmaqla yanaşı, həm də Cənubi Qafqazda yenidən konfrantasiya mühitinin formalaşmasına xidmət edən addımdır.

Azərbaycanla Ermənistanın müvəqqəti sərhəd ərazilərində ikitərəfli razılıq olmadan patrul xidməti həyata keçirən Qərb ölkəmizin sərhəd pozulması hallarına qarşı mübarizəsini nəzərə almayıbsa, qəbahət onun özündədir. 

Beynəlxalq təcrübəyə görə, mülki müşahidə missiyası patrul xidməti həyata keçirə bilməz. Azərbaycanın razılığı olmadan və delimitasiya prosesi həyata keçirilmədən belə bir qərarın verilməsindən absurd yanaşma ola bilməzdi.

Bəs məqsəd nədir?

1. Fransa nəyin bahasına olursa-olsun Cənubi Qafqazda yerləşmək niyyətindədir. 

2. "Mülki" missiya adı altında xüsusi xidmət orqanlarının əməkdaşlarıni əraziyə cəlb etməklə Ermənistanın sayəsində regiona nəzarəti təmin etmək, missiyanın ömrünü meddətsiz etmək, ərazidə daimi yerləşmək və ən əsası da Rusiyanı sıxışdırmaqdır.

Quyruq görsənir

Əslində Ermənistan Avropa İttifaqının 2 illik missiyasının Ermənistana gəlişinə razılıq verməklə Avropanın və Fransanın mənafelərinə xatir böyük "fədailik" nümayiş etdirdi.

İndi növbə Rusiyanındır

Moskva kimin kim olduğunu indi daha yaxşı anlamış oldu. İndiki halda Ermənistanın bu mövqeyinə Rusiyanın reaksiyası Azərbaycan üçün faydalıdır. Nəzərə alsaq ki, məhz Rusiyanın "fəaliyyəti" nəticəsində Azərbaycan torpaqlarında Ermənistan dövləti yaranıb, Qarabağ kimi münaqişə ocağının başlanğıcı qoyulub, o zaman bu qlobal problemə çevrilən erməni faktoruna son qoymaqla Moskva İrəvandan qisasını ala bilər.

Moskvanın Aİ missiyası haqqında “mövcud münaqişələri daha da gərginləşdirəcək” xəbərdarlğı ilə Azərbaycanla sərhəddə baş verən toqquşmaları nəzərdə tutduğu istisna deyil. Konkret desək, erməni ordusu daxilindəki qüvvələrin əli ilə sərhəddə Azərbaycana qarşı təxribatlar törədə və Bakının adekvat cavabına zəmin yarada bilər; bu ssenarinin baş verməsi Ermənistan üçün ağır nəticələr vəd edir.

Rusiya da artıq çox yaxşı dərk edir ki, rəsmi Bakının regionda yaratdığı reallığı dəyişmək ən azı indiki məqamda olduqca müşküldür. Azərbaycan dövlətinin öz maraqları var. Prezident İlham Əliyev Münhendə də konkret və qəti şəkildə bildirdi ki, Azərbaycan üçün maraqlı olan dövlət mənafelərimizin, suverenliyimizin tam təmin edilməsi, sərhədlərimizin delimitasiyası, Ermənistanla Azərbaycan arasında Laçın yolunun giriş-çıxışında postların qoyulması məsələsidir ki, buna da nail olunacaq. 

Qərbin ermənipərəst dairələri açıq şəkildə Qarabağın “status”unun müəyyən olunmasını istəyir, Ermənistan-Azərbaycan danışıqlarında Qarabağın Azərbaycanın daxili işi olduğunu deməyə cürət etmirlər. İstəyirlər ki, bu da müzakirə obyekti olsun. Halbuki Qarabağ Azərbaycanın daxili işidir. Bunu dövlət başçımız da Münhendə panel müzakirələr zamanı dünyanın gözü qarşısında bir daha bəyan etdi. Lakin Qərbin bəzi siyasi dairələrində, dövlətlərində hələ də Ermənistanın mənafeyinin birtərəfli şəkildə müdafiə olunması, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmaması ikili standartlardan xəbər verir. 

Görünür, erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün təhlükəsizlik “çətiri” hesab edir və onların bölgəyə gəlişi erməniləri cəsarətləndirir. Amma Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Təxribat və təhdidlər davam edərsə, Azərbaycan Ermənistanı bu dəfə daha sərt şəkildə cəzalandıracaq.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az