Dahi yunan filosofu Epikür siyasəti “çirkin oyun” adlandırırdı. Görkəmli ispan rəssamı Pablo Pikasso isə incəsənətin məqsədi ruhumuuz gündəlik həyatın çirkabından təmizləməkdir” deyirdi. Dahilərin bu kəlamlarını xatırlarmağımızın başlıca səbəbi incəsənətlə siyasətin bir-birindən nə qədər uzaq sahələr olduğunu göstərməkdir.
Ancaq Azərbaycan siyasətində bu fikirlərə istisna kimi çoxsaylı nümunələr göstərmək olar. Çünki ölkəmizdə siyasi arenada təmsil olunmuş xeyli sayda incəsənət xadimləri olub.
Manset.az xəbər verir ki, Bizim.Media həmin incəsənət nümayəndələrini araşdırıb.
Zeynəb Xanlarova
Dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarova uzun illər deputat kimi fəaliyyət göstərib. Müğənni Milli Məclisdə ən uzun müddət təmsil olunmuş incəsənət xadimidir. O, ümumilikdə, 5 dəfə seçicilərinin rəğbətini qazanaraq, 24 il millət vəkili olub. Xalq artisti yalnız sonuncu parlament seçkilərində namizədliyini irəli sürməyib.
Sabir Rüstəmxanlı
Xalq şairi Sabir Rüstəmxanlı Milli Azadlıq Hərəkatı zamanında aktiv siyasi mübarizəyə qoşulub. 1992-ci ildə isə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib və 30 ildən çoxdur ki, bu siyasi təşkilata sədrlik edir. S.Rüstəmxanlı həm də stajlı deputatlardandır. O, I, II, III, IV və VI çağırış parlament seçkilərində qələbə qazanaraq parlamentdə təmsil olunub. Hal-hazıra Milli Məclisdəki azsaylı incəsənət xadimlərindən biri hesab oluna bilər.
Flora Kərimova
Xalq artisti, tanınmış müğənni Flora Kərimova da Meydan Hərəkatının aktivistlərindəndir. O, müstəqillikdən sonra da siyasi mübarizəsinə davam edib. Flora Kərimova 2000 və 2005-ci illərdə keçirilən parlament seçkilərində Müsavat Partiyasının nümayəndəsi kimi namizədliyini irəli sürsə də, Milli Məclisdə mandat qazana bilməyib.
Maqsud İbrahimbəyov
Mərhum Xalq yazıçısı, rejissor və drammaturq Maqsud İbrahimbəyov də uzun müddət parlamentdə təmsil olunmuş incəsənət xadimlərindəndir. O, 1995, 2000 və 2005-ci illərdə seçicilərinin etimadını qazanmağı bacarıb.
Rüstəm İbrahimbəyov
Qardaşı M.İbrahimbəyov kimi Rüstəm İbrahimbəyov da siyasi arenada təmsil olunmuş incəsənət adamlarındadır. O, 7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib. 2 iyul 2013-cü il tarixindən Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilib. Lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilib.
Vaqif Səmədoğlu
Mərhum Xalq şairi Vaqif Səmədoğlu Meydan Hərəkatı dönəmində aktiv siyasi mübarizədə iştirak edib. Sonrakı illərdə o, II və III çağırış üzrə Milli Məclisin deputatı seçilib.
Yusif Səmədoğlu
Mərhum Xalq yazıçısı Yusif Səmədoğlu da qardaşı V.Səmədoğlu kimi Azadlıq Hərəkatının iştirakçılarındandır. O, 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Lakin o, 1998-ci ildə dünyasını dəyişdiyi üçün 5 illik müddətini sona çatıra bilməyib.
Bəxtiyar Vahabzadə
B. Vahabzadə hələ SSRİ dağılmamışdan, X çağırış Ali Sovetin deputatı olub. Daha sonra 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə qələbə qazanan mərhum Xalq şairi Bəxtiyar Vahabzadə də Milli Məclisdə təmsil olunmuş ədəbiyyat xadimləri sırasındadır.
Zəlimxan Yaqub
Mərhum Xalq şairi Zəlimxan Yaqub da Bəxtiyar Vahabzadə kimi, 1995 və 2000-ci illərdə seçicilərinin etimadını qazanaraq parlamentə düşməyi bacarmış qələm sahibidir.
Məmməd Araz
Xalq şairi Məmməd Arazın siyasi fəaliyyətə başladığı dönəm 1990-cı illərin əvvəllərinə təsadüf edib. O, təsis olunduğu vaxtdan etibarən Azərbaycan Milli İstiqlal Partiyasının sıralarına üzv olub və dünyasını dəyişdiyi 2004-cü ilədək AMİP-də təmsil olunub.
Anar Məmmədxanov
Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti Anar Məmmədxanov da birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı seçilib.
Anar
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar I və II çağırış dönəmlərində millət vəkili olub.
Amaliya Pənahova
Xalq artisti, mərhum aktrisa Amaliya Pənahova1995-ci ildə, I çağırış Milli Məclisdə millət vəkili mandatını qazanmağa nail olub.
Ömər Eldarov
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş və xalq rəssamı, Ömər Eldarov birinci çağırış Milli Məclisin deputatı olub.
Musa Yaqub
Mərhum Xalq şairi Ömər Eldarov və Amaliya Pənahova kimi 1995-ci ildə palramentdə mandat qazananlar arasındadır.
Xəlil Rza Ulutürk
“Azadlıq çarçısı” kimi bu gün də xatırlanan Xəlil Rza Ulutürk Meydan Hərəkatının ən ön sıralarında olan simalarından biri olub. O, mitinqlərdəki çıxışları, yazdığı şeirlərlə xalqı siyasi mübarizəyə səsləyib. X.R.Ulutürk 20 yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında da fəal iştirak edib.
Mikayıl Mirzə
Mərhum Xalq artisti, aktyor Mikayıl Mirzə də Milli Azadlıq Hərəkatının fəallarından olub. O, 1995-ci ildə birinci çağırış Milli Məclisə deputat seçilib. İkinci dəfə isə 2002-ci ildə əlavə seçki yolu ilə millət vəkili olub. M.Mirzə bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da üzvü olub.
Siyasi arenada təmsil olunmuş İNCƏSƏNƏT XADİMLƏRİ
09:21 - 28 Fevral 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
19 Avqust 2026 - 13:49
Oğul 73 yaşlı anasını toyuq-cücəyə görə DÖYDÜ
19 Avqust 2026 - 12:36
İlham Əliyev Gülərin arzusunu belə reallaşdırdı - Dövlət başçısından JEST
19 Avqust 2026 - 17:10
"Sabah"ın oyunu hansı kanalda yayımlanacaq?
19 Avqust 2026 - 10:00
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
19 Avqust 2026 - 09:07
Çempionlar Liqasında böyük sınaq - “Sabah” “Hapoel”ə qarşı
19 Avqust 2026 - 22:31
Astarada bir nəfər dənizdə batdı
19 Avqust 2026 - 11:22
"Qarabağ" çox vacib səfərə çıxacaq" - Qurban Qurbanov
19 Avqust 2026 - 16:20
Fransada 22 günlük isti dalğası başa çatdı
19 Avqust 2026 - 15:54
Həftə sonunadək hava necə olacaq?
19 Avqust 2026 - 14:22
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
19 Avqust 2026 - 22:58
Güləşçimiz qızıl medal qazandı
19 Avqust 2026 - 10:51
Daha 5 itkin-şəhid dəfn olunacaq
Xəbər xətti
- 20 Avqust 2026
- 01:30 Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
- 00:52 "Sabah" "Hapoel"ə uduzdu
- 00:30 “Qalatasaray” onu hədəfə aldı
- 19 Avqust 2026
- 23:52 Kim Çen Inın bacısı Yaponiyanı hədələdi
- 23:47 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:43 Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq
- 23:33 Masazırda evin damında kişi meyiti tapıldı
- 23:16 Şamaxıda maşın dərəyə aşdı - Ölən var
- 22:58 Güləşçimiz qızıl medal qazandı
- 22:49 İndoneziyada güclü zəlzələ oldu
- 22:31 Astarada bir nəfər dənizdə batdı
- 22:14 Müşfiqabadda qəza - Piyada vuruldu
- 21:59 "Qarabağ" - "Tvente" oyununun biletləri satışa çıxarıldı
- 21:44 ABŞ-də hüquq doktoru almış Azərbaycanın ilk vəkili
- 21:24 Viktor Yuşenko ilə eksklüziv VİDEOMÜSAHİBƏ
- 21:12 "Real" Bernardonu rəsmən təqdim etdi
- 20:52 Kolumbiyada zəlzələdə ölənlərin sayı ARTDI
- 20:32 Rusiya ordusu Jitomiri reaktiv dronlarla vurdu
- 20:16 Bakıda kişi evində ölü tapıldı
- 19:57 "İranla danışıqlar mümkündür" - Tramp
- 19:48 "Səbail" "Sakaryaspor"la heç-heçə etdi
- 19:29 Naxçıvanda maşın 2 motosikletlə toqquşdu - Yaralılar var
- 19:11 Yazar və naşirlərlə görüş keçirildi - FOTOLAR
- 18:50 Xətaidə açıq ərazidə yanğın olub - VİDEO - YENİLƏNİB
- 18:32 "Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir" - XİN
- 18:14 Tovuzda 2 avtomobil toqquşdu - Yaralılar var
- 17:56 Paytaxtın əsas küçələrində TIXAC var
- 17:42 Məşhur cütlük sevgilərini Afrikada yenilədi - FOTO
- 17:20 Su xəttindəki qəza 25 dəqiqəyə aradan qaldırıldı
- 17:15 "Fənərbağça"da ayrılıq - Çağlar Söyüncü özünə klub axtarır
- 17:10 "Sabah"ın oyunu hansı kanalda yayımlanacaq?
- 16:45 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
- 16:20 Fransada 22 günlük isti dalğası başa çatdı
- 16:19 Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - VİDEO
- 16:13 Rusiya və Ukrayna 103 əsgəri qarşılıqlı dəyişdirdi
- 16:08 Avropada ABŞ hədəfləri qorunacaq - İran-NATO gərginliyi
- 15:54 Həftə sonunadək hava necə olacaq?
- 15:49 Ukraynada geniş araşdırma başladıldı
- 15:48 Sumqayıt və Xırdalanda mənzillərin ilkin ödənişi nə qədərdir?
- 15:41 Kaliforniya “yeni İran torpağı” elan edildi - İran-Tramp qarşıdurması
- 15:30 “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
- 15:13 Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
- 15:12 Kolleclərə qeydiyyat prosesi başladı
- 15:10 Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə - Azərbaycanlı gəncin uğur yolu
- 15:09 Elçin Quliyev ona polkovnik rütbəsi verdi
- 15:05 Türkiyə və Suriya arasında saziş imzalandı
- 14:59 Türkiyəli məşhur cütlükdən sevindirici xəbər - FOTO
- 14:53 Avtobusla yük maşını toqquşdu - 21 nəfər öldü
- 14:22 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 14:19 Adil Kərimli ona yüksək vəzifə verdi - FOTO
- 14:08 Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi