Qaz sayğacının gözünə məftil uzatdılar - VİDEO

10:59 - 28 Fevral 2023

Qaz sayğacının gözünə məftil uzatdılar - VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adilxan Acalova məxsus fərdi yaşayış evinin qaz təchizatında kadrlardan da aydın göründüyü kimi heç bir problem yaşanmır. Əksinə adıçəkilən abonentin sayğaca qanunsuz müdaxiləsi SOCAR “Azəriqaz” İB-nin işçi qrupunun işini bir qədər də artırmış olub. Fərdi yaşayış evində qazın təzyiqi normaldır və istilik sistemləri lazımi səviyyədə çalışır. Ancaq sayğac qazın sərfiyyatını qeydə almır. Qanunsuz müdaxiləyə məruz qalan sayğac yenisi ilə əvəz olunaraq laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə göndərilib. Metrologiya Departamentində abonentin nümayəndəsinin iştirakı ilə ilk olaraq sayğaca vizual baxış keçirilib. Daha sonra kamera vasitəsilə sayğacın daxili yoxlanılıb. Nəticədə müdaxilə faktı təsdiqlənərək abonentin nümayəndəsinin razılığı ilə aktlaşdırılıb. Bir daha SOCAR “Azəriqaz” İB olaraq abonentləri qaz təchizatına kənar müdaxilə hallarından uzaq durmağa çağırırıq.

Manset.az sözügedən hadisəni ətraflı video materialda təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az