Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

14:52 - 28 Fevral 2023

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

 

Qobustan Rayon Prokurorluğundan manset.az-a bildilib ki, xəstəxana rəhbərliyi barədə vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma zamanı vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az