Peyvənd statistikası açıqlandı

20:00 - 28 Fevral 2023

Peyvənd statistikası açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 237 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 78, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 88, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 948 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 169, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 977, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 204, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 617 nəfər təşkil edir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az