Bakıda bu yollarda tıxac var - SİYAHI

09:16 - 01 Mart 2023

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bir sıra yollarda nəqliyyatın hərəkətində tıxac yaranıb.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Manset.az-a bildirilib ki, hazırda aşağıdakı küçə və prospektlərdə sıxlıq yaşanır:

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Həsən bəy Zərdabi küçəsi, "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

14. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

15. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

16. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

17. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

18. Babək prospekti, mərkəz istiqamətində.

Qeyd edək ki, 1-3 mart tarixlərində Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulub. DYP  bu tarixlərdə şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyatla gəlmələri barədə əhaliyə xəbərdarlıq etmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az