Əqli Mülkiyyət Agentliyinin pilot layihəsi uğurlu oldu

15:34 - 01 Mart 2023

Əqli Mülkiyyət Agentliyinin pilot layihəsi uğurlu oldu

Avrasiya Patent İdarəsinin (APİ) vitse-prezidenti Emil Məmmədovun sədrliyi ilə Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının İnformasiya texnologiyaları üzrə daimi işçi Qrupunun on birinci iclası keçirilib.

 

Manset.az xəbər verir ki, iclasda 2022-ci ilin dekabr ayının sonunda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində iddia ərizələrinə 3D modellərin əlavə edilməsi imkanı ilə müraciətlərin qəbulu üzrə başlanmış pilot layihəsi müzakirə olunub. Agentliyin əməkdaşları pilot layihəsinin imkanlarını yüksək qiymətləndirərək 3D texnologiyalarından istifadənin rahatlığını və bu texnologiyaların böyük potensialını qeyd ediblər.

Qeyd edək ki, bu layihənin tətbiqi Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent) və Sənaye Mülkiyyəti Federal İnstitutunun təcrübəsi əsasında APİ-nin mütəxəssisləri tərəfindən həyata keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az