Mbappe Acunun efirinə qoşulub Türkiyəyə belə dəstək oldu - VİDEO

12:12 - 02 Mart 2023

Mbappe Acunun efirinə qoşulub Türkiyəyə belə dəstək oldu - VİDEO

Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplamaq məqsədilə təşkil edilən “OmuzOmuza” kampaniyasının ötən gecəki buraxılışına PSJ-nin gənc ulduzu Kilian Mbappe də qatılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, yayıma telefonla bağlanıb.

Mbappe çıxışı zamanı Türkiyədəki uşaqların gülüşünü geri qazanmaqları üçün əlindən gələni edəcəyini bildirib:

“Türkiyədə baş verənlər böyük faciədir. Türkiyənin nələr yaşadığını təxmin edə bilmərəm. Dünyanın futbol ictimaiyyəti toplanaraq Türkiyəni dəstəkləyəcək. Bu yardım mənim üçün önəmlidir. Bu, fövqəladə bir işdir. İlk növbədə, təbii ki, insanların, uşaqların arzularıdır. Bu, çox vacibdir. Onlar üçün əlimdə olan bütün vasitələrdən istifadə edəcəyəm. Meydandan kənarda da köməklik etmək üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, biz uşaqların təbəssümünü geri qaytara bilərik".

Qeyd edək ki, 24 yaşlı futbolçu oyundan sonra şəxsi sosial şəbəkə hesablarında da Türkiyə ilə bağlı müxtəlif paylaşımlar edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az