Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 174 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 51, ikinci doza üzrə 27, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 79-dur. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 17-dir.