Duman nə vaxtadək davam edəcək? - Proqnozlar Bürosu

15:16 - 06 Mart 2023

Duman nə vaxtadək davam edəcək? - Proqnozlar Bürosu

Hazırda Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur və bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Manset.az-a bildirib ki, martın 6-sı axşam saatlarından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq”.

Onun sözlərinə görə, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir:

"Yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir: "Eyni zamanda cənub-şərq istiqamətli külək dənizdən rütubətli hava kütlələrinin sahilə doğru hərəkətini şərtləndirir. Bu da dumanın əmələ gəlməsinə səbəb olur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az