Ötən gün itkin düşən şəxsin meyiti tapıldı

15:46 - 07 Mart 2023

Ötən gün itkin düşən şəxsin meyiti tapıldı

Göyçay rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Manset.az-a bildirib ki, martın 6-da səhər saatlarında Qızılağac kənd sakini 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlunun yaşadığı evdən çıxıb və bir daha geri qayıtmaması ilə bağlı Göyçay Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu gün Mövlan Məmmədovun meyiti kəndin kənarından keçən su kanalından aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az