Qaz təchizatına müdaxilə hallarına qarşı qəti tədbirlər görülür - VİDEO

20:48 - 11 Mart 2023

Qaz təchizatına müdaxilə hallarına qarşı qəti tədbirlər görülür - VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz təsərrüfatına daha bir neçə qanunsuz müdaxilə halı aşkar ediblər.

 

Manset.az-ın xəbərinə görə, keçirilən yoxlama zamanı Binəqədi rayonu, Cəfər Cabbarlı küçəsində 3 fərdi yaşayış evinin qaz sayğaclarının aylıq qaz sərfiyyatında şübhələr olduğu üçün onlara yerində baxış keçirilib.

Sayğaclara baxış keçirilən zaman zavod möhürləri və hesablama mexanizminin sol tərəf hissəsində əzik-cızıq izləri aşkar olunub. Birlik əməkdaşları dərhal aşkar olunan müdaxilə halının aradan qaldırılması istiqamətində işə başlayıblar. Sayğaclar abonentlərin iştirakı ilə yenisi ilə əvəzlənib, çıxarılan sayğaclar daşınan qutuya qoyulub və möhürlənərək yoxlamadan keçirilməsi üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin iştirakı ilə möhürlü qutuda olan sayğacların məhz özlərinin iştirakı ilə möhürünün açılması və yoxlama prosesində iştirak etmələri üçün istehlakçılarla əlaqə saxlanılıb. Abonentlərin hər biri ilə fərdi olaraq əlaqə saxlanılsa da, onlar yoxlama prosesində iştirak etməkdən imtina ediblər. Yoxlamadan keçirilən hər 3 sayğacda müdaxilə halının olması sübuta yetirilib.

SOCAR “Azəriqaz” İB bütün abonentlərə müraciət edərək bildirir ki, bu kimi hallar yolverilməzdir. Qaz təchizatına kənar müdaxilələrin aşkarlanması istiqamətində bundan sonra da tədbirlər görüləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az