Aynur Kərimovaya yeni vəzifə verildi

12:02 - 14 Mart 2023

Aynur Kərimovaya yeni vəzifə verildi

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinə müdir təyin olunub.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Aynur Nurəddin qızı Kərimova sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, A.Kərimova müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, “Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 2022-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. “Texnopolis”, “Sima” sənədli media layihələrinin müəllifidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az