Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

10:53 - 17 Mart 2023

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Birincilik uğrunda 24 hərbi qulluqçu 8 komanda üzrə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə güclərini sınayıblar.

Yarışın nəticəsinə əsasən, "Hadrut", "Bərdə" və "Kəlbəcər" komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, qaliblər cari ilin aprel ayında Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az