Vüqar Qurbanovdan yeni direktor TƏYİNATLARI

11:36 - 17 Mart 2023

Vüqar Qurbanovdan yeni direktor TƏYİNATLARI

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrləri ilə qurumun tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunub.

Rəsmi məlumata görə, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az