Xəstə bacısının öldüyünü görüb intihar etdi - Bakıda DƏHŞƏT

10:09 - 27 Mart 2023

Xəstə bacısının öldüyünü görüb intihar etdi - Bakıda DƏHŞƏT

Bakıda evdən iki meyit tapılıb.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.
Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az